“İsveç parlamentinin qondarma “erməni soyqırımı”nı qəbul etməsi tarixi səhvdir”
02 iyun 2011 18:27 (UTC +04:00)

“İsveç parlamentinin qondarma “erməni soyqırımı”nı qəbul etməsi tarixi səhvdir”

İsveç Azərbaycanlıları Konqresi İsveç parlamentinin Xarici işlər üzrə komitəsinin üzvü, İsveç Xristian Demokrat partiyasının Xarici işlər üzrə komissiyasının üzvü, İsveç Krallığının Avropa Şurası parlament Assambleyasının və Avropa Birliyi üzrə komitənin üzvü Desiree Pethrusla görüş keçirib.


Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, 1,5 saat davam edən görüş zamanı Qarabağ həqiqətləri barədə informasiya yazılı
və şifahi formada İsveç parlamentinin deputatına təqdim olunub.


İsveç Azərbaycanlıları Konqresinin nümayəndələri Desiree Pethrusun suallarını tarixi və yazılı faktlarla cavablandırıb, BMT Təhlükəsizlik Şurasının Azərbaycan torpaqlarının qeyd-şərtsiz azad edilməsinə dair qətnamələrinin surətlərini ona təqdim ediblər. Görüşün əsas mövzularından biri olan Xocalı və Azərbaycanın işğal altında olan digər ərazilərindəki soyqırımı faktları foto, video və yazılı faktlarla izah olunub, erməni işğalçılarının insanlığa sığmayan vəhşilikləri ifşa edilib.


Desiree Pethrus faktlardan təsirləndiyini söyləyib, İsveç parlamentinin “erməni soyqırımı”nı qəbul etməsini tarixi səhv adlandırıb. Görüşün sonunda dünyanın müxtəlif tarixçilərinin Qarabağ və Azərbaycan haqqında nəşr olunan kitablarından bir nüsxə Desiree Pethrusa təqdim olunub, xatirə şəkli çəkilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 563

Oxşar yazılar