Elmar Məmmədyarov ABŞ-da mühüm görüşlər keçirib
02 iyun 2011 12:45 (UTC +04:00)

Elmar Məmmədyarov ABŞ-da mühüm görüşlər keçirib

Xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-a işgüzar səfəri çərçivəsində iyunun 1-də Nyu-Yorkda öncə Avropa, daha sonra isə Asiya ölkələrinin BMT yanında daimi nümayəndələri ilə görüş keçirib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bu görüşlərdə Elmar Məmmədyarov BMT-nin Təhlükəsizlik Şurasının 2012-2013-cü illər üçün qeyri-daimi üzvlüyünə oktyabrda keçiriləcək seçkilərdə Azərbaycan Respublikasının namizədliyinin irəli sürüldüyünü, ölkəmizin namizədliyi ilə bağlı nəzərə çarpan üstünlükləri iştirakçıların diqqətinə çatdırıb və seçkilərdə ölkəmizin namizədliyini dəstəkləməyə çağırıb.

Elmar Məmmədyarov ölkəmizin regionda aparıcı dövlət olmasını, Azərbaycanın enerji strategiyası və iştirak etdiyi irimiqyaslı beynəlxalq layihələr barədə danışıb. Eyni zamanda Azərbaycanın BMT çərçivəsində bir sıra vacib təşəbbüslərin müəllifi olduğunu və sivilizasiyalararası dialoqa töhfə verdiyini qeyd edib. Xarici işlər naziri bu görüşlərdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqlar prosesi barədə məlumat verib. O, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərini azad etməsi ilə bağlı qəbul etdiyi 4 qətnamənin Ermənistan tərəfindən indiyə qədər yerinə yetirilmədiyini də xatırladıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 335

Oxşar yazılar