SAM 2003-2011-ci illərdə Azərbaycanın sosial-iqtisadi inkişafına dair hesabat hazırlayıb
02 iyun 2011 12:43 (UTC +04:00)

SAM 2003-2011-ci illərdə Azərbaycanın sosial-iqtisadi inkişafına dair hesabat hazırlayıb

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin İqtisadiyyatın təhlili və qloballaşma məsələləri üzrə ekspert qrupunun şərhi əsasında “2003-2011-ci illərdə Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafı” mövzusuna dair hesabat hazırlanıb.

SAM-dan Lent.az-a verilən məlumata görə, hesabatda ölkədə həyata keçirilən sosial-iqtisadi islahatların iqtisadiyyatımız üçün müsbət nəticələri təhlil edilir.

Hesabat real, fiskal, monetar sektor, tədiyyə balansı, hökumətin anti-böhran tədbirləri və sosial sahələrin inkişafı ilə bağlı 6 hissədən ibarətdir. Hesabatın real sektor bölməsində hökumətin sənaye, kənd təsərrüfatı, nəqliyyat, informasiya və kommunikasiya texnologiyaları və tikinti sahələrindəki uğurları öz əksini tapır. Fiskal sektor dövlət büdcəsi və Dövlət Neft Fonduna həsr olunub. Hesabatda Azərbaycanın əldə etdiyi uğurların beynəlxalq hesabatlardakı nəticələrinə də yer ayrılıb.

2005-2010-cu illər ərzində Azərbaycan insan inkişafı sahəsində ən sürətli irəliləyişə nail olmuş və 101-ci yerdən “Human Development İndex 2011” hesabatında 67-ci pilləyə qədər qalxıb. 2003-2010-cu illərdə ÜDM real ifadədə 3 dəfə, o cümlədən qeyri-neft sektoru üzrə 2 dəfə, dövlət büdcəsinin gəlirləri 9.3 dəfə, əsas kapitala yönəldilən investisiyaların həcmi 2.9 dəfə, xarici ticarət dövriyyəsi 5.4 dəfə, strateji valyuta ehtiyatları 19 dəfə artıb. Tədiyyə balansının cari əməliyyatlar balansında 2010-cu ildə yaranan müsbət saldonun həcmi 2005-ci illə müqayisədə 90 dəfə artıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 477

Oxşar yazılar