Əli Əhmədov: “Korrupsiya cəmiyyətin inkişafına mane olur”
01 iyun 2011 14:38 (UTC +04:00)

Əli Əhmədov: “Korrupsiya cəmiyyətin inkişafına mane olur”

Lent.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında YAP İcra katibi Əli Əhmədov deyib. O bildirib ki, inzibati qaydada görülən tədbirlər korrupsiya hallarının kəskin azalmasına səbəb olub: “Prezident də son çıxışında korrupsiya ilə bağlı kampaniyanın axıra qədər davam etdiriləcəyini bildirdi. Azərbaycanda korrupsiyanın mövcudluğu bəzi qərəzli mətbuat orqanlarında təqdim olunduğu səviyyədə deyil. Görülən tədbirlər də öz bəhrəsini verməkdədir”.

Ə.Əhmədov deyib ki, korrupsiya və başqa bu cür xoşagəlməz hallar cəmiyyətin inkişafına mane olur. Buna görə də hansı sahədə olur-olsun, neqativ halların qarşısı alınmalıdır.

Anar GƏRAYLI
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 494

Oxşar yazılar