Siyavuş Novruzov: “2-3 adamla nə dialoq aparacağıq?”
01 iyun 2011 14:30 (UTC +04:00)

Siyavuş Novruzov: “2-3 adamla nə dialoq aparacağıq?”

Lent.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini Siyavuş Novruzov bildirib. O, bununla Müsavat Partiyasının başqanı İsa Qəmbərin “dialoq məsələsində top hakimiyyətin meydanındadır” sözlərinə münasibətini açıqlayıb.

S.Novruzov deyib ki, parlamentdə təmsil olunan müxalifət partiyaları ilə dialoq aparırlar: “Ancaq özünü cəmiyyətdən kənarda tutub, təcrid olunmaq radikal müxalifətin öz problemidir”.

YAP rəsmisi İctimai Palatanın tərkibində “kölgə kabineti” yaratmaq təklifi ilə bağlı suala isə “Mən elə bir təşkilat tanımıram, ona görə də fikir bildirmirəm” cavabını verib.

Anar GƏRAYLI
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 451

Oxşar yazılar