Ramil Usubov türkiyəli qonaqlarla görüşüb
Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov mayın 31-də ölkəmizdə səfərdə olan Türkiyə Quru Qoşunlarının Təlim və Doktrina Komandanı, ordu generalı Saldıray Berkin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. DİN-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, qonaqları salamlayan daxili işlər naziri son illər iki qardaş ölkənin silahlı qüvvələri, daxili işlər orqanları, həmçinin Türkiyə Jandarm Komandanlığı ilə Daxili İşlər Nazirliyinin Daxili Qoşunları arasında əlaqələrin daha da inkişaf etməsindən danışıb.
R.Usubov Türkiyə Quru Qoşunlarının Təlim və Doktrina Komandanının respublikamıza səfərinin müsbət nəticələr verəcəyinə, iki qardaş ölkənin müvafiq qurumlarının potensial imkanlarından gələcəkdə də səmərəli istifadə olunacağına əminliyini ifadə edib. Ordu generalı Saldıray Berk isə son illər ərzində Azərbaycanın sürətli inkişafından, bunun nəticəsində xüsusən Bakının tanınmaz dərəcədə dəyişərək gözəlləşməsindən məmnun olduğunu bildirib. O, Türkiyənin hər zaman Azərbaycanın yanında olacağını, silahlı qüvvələrin inkişafı üçün bundan sonra da əllərindən gələni əsirgəməyəcəklərini, səmərəli əməkdaşlığın dövlətlərimizin maraq və mənafelərinə daha uğurla xidmət edəcəyini söyləyib.

521