Erməni pilotlarına embarqo tətbiq oluna bilər
Ermənilər bu ilin sentyabr ayından işğal altındakı Azərbaycan ərazilərinə - Dağlıq Qarabağa uçuşları başlamağı planlaşdırırlar. “Kavkazskiy Uzel” saytının məlumatına görə, artıq Qarabağ separatçıları uçuşların təşkili yollarını arayır və paralel olaraq Xankəndi aeroportunun uçuş zolaqlarının tikintisi üzərində çalışır.
Xankəndi aeroportunun rəis müavini Qaqik Qazaryan bildirib ki, artıq aeroportun binası hazırdır. Uçuş zolağının tikintisi prosesi gedir və işlərin sentyabr ayınadək başa çatdırılması nəzərdə tutulur: “Sentyabrın sonunda biz təyyarə qəbul edib buraxa biləcəyik”. Xankəndi aeroportun beynəlxalq standartlara cavab verəcəyini deyən Qazaryan rəsmi Bakının etirazlarına baxmayaraq hava limanının işləyəcəyini də qeyd edib.
Ermənistan İctimai Şurasının büdcə və maliyyə komissiyasının sədri Vazgen Səfəryan isə sensasiya doğuracaq açıqlama verib. Qarabağa uçuşlara aludə olmuş Səfəryan verdiyi açıqlamanın Ermənistan hava yollarında çalışan pilotlar üçün problem yaradacağını belə düşünməyib.
Hazırda “Air Artsax” adlı şirkətin qeydiyyatı prosesinin getdiyini deyən Səfəryan paralel olaraq sərnişin təyyarələrinin alınması istiqamətində işlərin aparıldığını da vurğulayıb. Onun sözlərinə görə, Xankəndi aeroportu İrəvandakı “Zvartnos” aeroportuyla əməkdaşlıq edəcək. İlk mərhələdə “Air Artsax” təyyarələrini Ermənistanın dövlət aviasiya şirkəti olan “Armavia”nın pilotları idarə edəcək. İlk mərhələdə İrəvandan Xankəndinə də “Armavia” uçuşlar həyata keçirəcək.
Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının adının çəkilməsini istəməyən rəsmisi isə Lent.az-a açıqlamasında deyib ki, Azərbaycan tərəfi ermənilərin Qarabağa uçuşlarının qarşısını hər bir vasitədən istifadə etməklə almağa çalışacaq. Dövlət Aviasiya Administrasiyası “Armavia” pilotlarının başqa - dünya tərəfindən tanınmamış bir rejimin qurduğu şirkətdə çalışmasını da qanunsuz və beynəlxalq normalara zidd sayır. Qurumdan bildirilib ki, beynəlxalq havaçılıq qaydalarına əsasən bu yolverilməzdir. Azərbaycan tərəfi həmin pilotların kimliyi dəqiqləşdirildikdən sonra, onların beynəlxalq uçuşlarda iştirakına embarqo tətbiq edilə bilər. Bundan sonra Qarabağa uçan erməni pilotları İCAO-nun qara siyahısına salınacaq və onların beynəlxalq uçuşları yasaqlanacaq.
Ramiz

554