Müsavat başqanının müavini: “Başqaları Pənah Hüseyndən fərqli düşünür”
31 may 2011 18:05 (UTC +04:00)

Müsavat başqanının müavini: “Başqaları Pənah Hüseyndən fərqli düşünür”

Ancaq bugünkü şəraitdə İctimai Palatanın daxilində bu məsələləri aydınlaşdırmaq üçün proseslər yekunlaşmayıb. Ona görə də, yaxşı olar ki, bu məsələ bir müddət sonra gündəmə gəlsin. İndiki halda bu məsələni gündəmə gətirmək prosesləri qabaqlamaq olardı”.

Bu sözləri Lent.az-a açıqlamasında Müsavat başqanının müavini, İctimai Palatanın üzvü Mehman Cavadoğlu bildirib. O, İP Koordinasiya Şurasının üzvü Pənah Hüseynin “kölgə kabineti” yaratmaq, həmçinin, baş nazir və prezidentliyə namizədi müəyyənləşdirməklə bağlı İP-in son sessiyasında səsləndirdiyi təklifə münasibətini açıqlayıb.

M.Cavadoğlu bildirib ki, İP demokratik qurumdur və orada hər cür təklif səsləndirilə bilər, ancaq İP-in əsas vəzifəsi ölkədə real demokratik islahatların aparılmasına nail olmaqdır.

Müsavat başqanının müavini deyib ki, olsa bilsin, Pənah Hüseyn belə hesab edir ki, bu təklifi səsləndirməyin vaxtıdır, ancaq başqaları Pənah Hüseyndən fərqli düşünür: “Mənə elə gəlir ki, bu məsələ ilə bağlı konkret qərar vermək çox tezdir”.

Anar GƏRAYLI
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 394

Oxşar yazılar