Kəmaləddin Heydərov Latviya prezidenti ilə görüşüb
31 may 2011 17:47 (UTC +04:00)

Kəmaləddin Heydərov Latviya prezidenti ilə görüşüb

Lent.az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, səfər Latviyanın daxili işlər naziri xanım Linda Murniesenin dəvəti ilə 29-30 may tarixində baş tutub. Nümayəndə heyətinə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov rəhbərlik edib. Səfər zamanı xanım Linda Murniesenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə geniş tərkibli görüş keçirilib. Görüşdə hər iki ölkənin müvafiq qurumları arasında fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib. Həmçinin, 17 yanvar 2011-ci il tarixində Riqa şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Latviya Respublikası Hökuməti arasında fövqəladə halların xəbərdar edilməsi və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında Saziş"in müddəalarının yerinə yetirilməsi istiqamətində də müzakirələr aparılıb.

Səfər çərçivəsində Latviyanın Prezidenti Valdis Zatlers nazir Kəmaləddin Heydərovu qəbul edib. Görüşdə ölkələrimiz arasındakı əlaqələrin yüksələn xətlə inkişaf etdiyi qeyd edilib, mövcud potensialdan səmərəli istifadənin vacibliyi vurğulanıb.

Bundan başqa, səfər zamanı Latviyanın baş naziri Valdis Dombrovskis də nazir Kəmaləddin Heydərovu qəbul edib. Görüşdə Azərbaycan və Latviyanın müvafiq dövlət qurumları arasındakı mövcud əlaqələrin inkişaf etdirilməsi, gələcək əməkdaşlıq perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 432

Oxşar yazılar