İsraildə ADR-in yaranmasının 93-cü ildönümü qeyd olunub
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının İdarə Heyətinin üzvü, Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman tərəfindən təşkil olunan tədbir Aful şəhərində, şəhərin merinin birinci müavini Boris Yudisin dəstəyi və şəxsi iştirakı ilə keçirilib.
Afula şəhər bələdiyyəsinin İsrail dövləti və Azərbaycan Respublikasının bayraqları ilə bəzədilmiş Döyüş Şöhrəti zalında keçirilən tədbirdə Azərbaycandan köçmüş şəxslərdən ibarət icmanın nümayəndələri, Bakıdan gələn qonaqlar, eləcə də müxtəlif milli icmaların və şəhərin ictimai təşkilatlarının nümayəndələri iştirak ediblər. Gecədə İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının prezidenti Yosef Şaqal, Assosiasiyanın vitse-prezidentləri Kiryat-Yam şəhərinin meri Adam Amilov və Akko Şəhər Şurasının üzvü, politoloq Yuriy Boçarov çıxış ediblər.
Gecənin qonaqları demokratik ənənələri SSRİ-nin süqutundan sonra müstəqillik qazanmış müasir Azərbaycanın timsalında yaşayan, Şərqin ilk dünyəvi dövləti – Azərbaycan Demokratik Respublikasının tarixi barədə maraqlı məlumatlar alıblar. Müasir Azərbaycanın indiki vəziyyəti, Bakının və respublikanın digər şəhərlərinin son illə ərzində dəyişməsi, Dağlıq Qarabağ münaqişəsinin hazırkı durumu, Ermənistandan qovulmuş milyonlarla azərbaycanlı qaçqının taleyi və əlbəttə ki, Knessetdə uydurma “erməni soyqırımı”nın tanınması ehtimalı ətrafındakı vəziyyət barədə informasiya gecəyə toplaşanların xüsusi marağına səbəb olub. Bu mövzunu şərh edən natiqlər Rus-Türk müharibəsinin tarixinə ekskurs edərək, 1915-ci ildə baş vermiş faciəvi hadisələrin hansı səbəbdən heç bir halda beynəlxalq hüququn müəyyən etdiyi “genosid” termininə uyğun gəlmədiyini tutarlı arqumentlərlə izah ediblər.
Gecənin kuluarlarında Azərbaycanın tarixinə dair kitablardan, incəsənətinə dair albomlardan, eləcə də Moskvada dərc olunan və müasir Azərbaycanın tarixi keçmişi, mədəniyyəti, ənənələri və uğurlarından bəhs edən “Bakı” jurnalının nüsxələrindən ibarət sərgi təşkil olunub.

514