“Azadlığın məhdudlaşdırılması” cəza növü ləğv edildi
Lent.az-ın məlumatına görə, dəyişikliklərə əsasən, “azadlığın məhdudlaşdırılması” cəza növü cinayət cəzaları sistemindən çıxarılıb. Hər iki sənəddə qeyd olunan müddəalar çıxarılıb və digər cəza növü ilə əvəz edilib.
Yeni dəyişikliklərə əsasən, məhkəmələr azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslərin işinə onların ərizəsi, yaxud icraedici müəssisənin təqdimatı ilə yenidən baxacaq.
Qanuna edilmiş dəyişikliklər qüvvəyə mindiyi gündən etibarən, azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi bir ildən artıq olmadıqda 1 gün azadlığın məhdudlaşdırılmasına 1 gün islah işləri hesablanmaqla islah işləri cəzası, yaxud 300 manatdan 500 manatadək cərimə cəzası ilə, cəzanın çəkilməmiş hissəsi 1 ildən 2 ilədək olduqda isə 1 gün azadlığın məhdudlaşdırılmasına 1 gün islah işləri hesablanmaqla, islah işləri cəzası, yaxud 500 manatdan 800 manatadək miqdarda cərimə cəzası ilə əvəz ediləcək.
Bundan əlavə, azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 2 ildən çox olduqda 800 manatla 1000 manat arasında cərimə tətbiq ediləcək.
Anar

591