Milli Məclisin yaz sessiyası başa çatdı
31 may 2011 14:27 (UTC +04:00)

Milli Məclisin yaz sessiyası başa çatdı

Lent.az-ın məlumatına görə, yas sessiyasının sonuncu iclası Azərbaycan Dövlət Himninin oxunması ilə bağlı elan edilib.

Qeyd edək ki, Milli Məclisin daxili nizamnaməsinə əsasən, yaz sessiyası fevralın ayının 1-dən may ayının 31-dək davam edir.

Bununla belə, parlamentin mayın 27-də baş tutan iclasında spiker Oqtay Əsədov bildirib ki, 78 deputatın müraciəti əsasında sessiyanın davam etdirilməsi barədə qərar qəbul edilib. Spiker deyib ki, müzakirə edilməli olan bir sıra vacib qanun layihələri olduğu üçün belə qərar verilib.

Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu Lent.az-a açıqlamasında bildirib ki, iyun ayında Milli Məclisin minimum iki iclası keçiriləcək: “Nizamnamədə qeyd olunub ki, hər ay Milli Məclisin minimum iki iclası keçirilsin. Ancaq ola bilsin ki, iyun ayının sonuna qədər iki yox, bir neçə iclas keçirilsin”.

A.Təvəkküloğlu bildirib ki, bu, gündəlikdə duran məsələlərin çoxluğundan asılıdır. Milli Məclis rəsmisi onu da bildirib ki, növbəti sessiyaların vaxtı hələ ki, bilinmir.

Anar
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 513

Oxşar yazılar