Mülki Məcəlləyə dəyişikliklər edildi
Lent.az-ın məlumatına görə, əvvəlcə parlamentin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov dəyişikliklərin məzmunu barədə deputatlara məlumat verib.
Dəyişiklərə görə, vətəndaşların Ali Məhkəməyə müraciəti zamanı ərizəyə ilkin olaraq, Ali Məhkəmənin Plenumu tərəfindən təyin edilmiş 5 hakimdən ibarət məhkəmə heyəti baxacaq. Həmçinin, hakimlərdən biri işə baxılmasına yol verilməyən hallar yaşadıqda, Ali Məhkəmənin sədri həmin hakimi 5 ehtiyat hakimdən biri ilə əvəz edir.
Ali Məhkəmənin Plenumu tərəfindən təyin edilən 5 hakim ərizəyə baxdıqdan sonra aşağıdakı qərarlardan birini çıxara bilər: Ərizənin qaytarılması haqqında, ərizənin rədd edilməsi haqqında, ərizənin iş ilə birlikdə Ali Məhkəmənin Plenumuna göndərilməsi haqqında.
Daha sonra deputatlar məcəlləyə dəyişiklərə münasibət bildiriblər. Layihə səsverməyə çıxarılaraq, qəbul edilib.
Anar

674