Vilayət Quliyev Macarıstan İctimai Televiziyasının qonağı olub
Azərbaycanın Macarıstandakı səfirliyindən Lent.az-a verilən məlumata gförə, proqrama qonaq sifəti ilə qatılan səfir Vilayət Quliyev 1918-1920-ci illərdə mövcud olmuş Birinci Azərbaycan Respublikasının yaranma tarixindən, onun keçdiyi çətin və mürəkkəb mübarizə yolundan danışıb.
Səfir öz çıxışında XIX əsrin ortalarından başlayaraq Azərbaycanın Yaxın və Orta Şərqdə, islam dünyasında mütərəqqi ictimai-siyasi ideyaların, Avropa mədəniyyətinin və fikir cərəyanlarının beşiyinə çevrildiyini, ilk teatrın, ilk qəzetin, müasir tipli məktəblərin və bütün bunların nəticəsi olaraq bütün Şərqdə ilk demokratik Respublikanın ölkəmizdə yarandığını qeyd edib. Milli dövlətimizin iki il ərzində Parlament fəaliyyəti, ordu quruculuğu, ictimai-siyasi institutların yaradılması, təhsil, milli dil və milli məsələnin həlli sahəsində həyata keçirdiyi işlər barəsində məlumat verilib. Səfir Vilayət Quliyev eyni zamanda bu il Azərbaycanda dövlət müstəqilliyinin bərpasının 20 illiyinin qeyd olunduğunu xatırlatmış və sovet imperiyasının süqutu ərəfəsində xalqın əldə etdiyi müstəqillik nəticəsində həm ilk Respublikanın ideya və ideallarının, həm də yeni dövrün qarşıya qoyduğu vəzifələrin həyata keçirilməsi istiqamətində ölkəmizdə görülən böyük işlərdən danışıb.
Proqram zamanı Vilayət Quliyev tamaşaçıların sualları əsasında həm də 2012-ci ildə “Eurovision”a ev sahibliyi edəcək Azərbaycanın bu mühüm ümumavropa mədəniyyət bayramına hazırlıq işlərindən də bəhs edib, artıq ölkənin birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi ilə Təşkilat Komitəsinin yaradıldığını diqqətə çatdırıb, Azərbaycanın bu il qazandığı yüksək uğuru qonaqpərvər ev sahibi kimi də davam etdirəcəyinə əminliyini vurğulayıb.

471