Bakıda YUNESKO-nun Beynəlxalq Bioetika Komitəsinin 18-ci sessiyası keçirilir
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, tədbir YUNESKO, YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) tərəfindən Azərbaycan Hökumətinin dəstəyi ilə təşkil olunur.
Sessiyada 80-ə yaxın xarici qonaq, o cümlədən YUNESKO-nun Beynəlxalq Bioetika Komitəsinin üzvləri, YUNESKO-nun əməkdaşları, məruzəçilər və müşahidəçilər iştirak edəcəklər. Eyni zamanda tədbirdə Azərbaycan hökumətinin nümayəndələri, elm xadimləri, eləcə də diplomatik korpusun nümayəndələrinin iştirakı planlaşdırılır.
Bakı Biznes Mərkəzində keçiriləcək sessiyanın açılış mərasimində Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun Xoşməramlı səfiri Mehriban Əliyeva və YUNESKO-nun baş direktoru İrina Bokovanın tədbir iştirakçılarına müraciətləri ünvanlanacaq, AMEA-nın prezidenti Mahmud Kərimov, YUNESKO Baş Direktorunun Sosial və Humanitar Elmlər üzrə müavini Pilar Alvarez Laso, Beynəlxalq Bioetika Komitəsinin sədri Donald Evans çıxışlar edəcəklər. Eyni zamanda, sessiyada YUNESKO-ya üzv olan müxtəlif ölkələrin bioetika üzrə ekspertlərinin məruzələri dinləniləcək. Sessiyada ənənəvi tibbin etik təsirləri, Şərqi Avropada bioetika, bioetika sahəsində YUNESKO Bəyannamələrinin icrası kimi məsələlər müzakirə ediləcək.
Sessiya iyun ayının 2-dək davam edəcək. İyun ayının 4-də isə AMEA-nın İnsan Hüquqları İnstitutunda bioetika üzrə xarici ekspertlərin iştirakı ilə bioetika üzrə treninq-seminar keçiriləcək.

409