NATO baş katibinin xüsusi nümayəndəsi Azərbaycana iyunun 9-da gələcək
30 may 2011 11:20 (UTC +04:00)

NATO baş katibinin xüsusi nümayəndəsi Azərbaycana iyunun 9-da gələcək

APA-nın məlumatına görə, Ceyms Appaturay ölkəmizə iyunun 9-da gələcək. NATO nümayəndəsi Azərbaycanda keçirəcəyi rəsmi görüşlərdə İPAP çərçivəsində Azərbaycan-NATO əməkdaşlığına dair məsələləri müzakirə edəcək. Onun prezident İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov, müdafiə naziri Səfər Əbiyevlə görüşləri planlaşdırılır. Səfər iyunun 10-da başa çatacaq.


Xatırladaq ki, bu, Ceyms Appaturayın NATO-nun xüsusi nümayəndəsi qismində Azərbaycana ilk səfəridir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 513

Oxşar yazılar