“Əl-Əhram” qəzetində azərbaycanlı səfirin məqaləsi dərc olunub
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, səfir Ş.Abdullayevin yazdığı məqalədə şərqin ilk demokratik respublikası kimi təşəkkül tapmış Azərbaycan Demokratik Respublikasının yaranması prosesinə toxunulub. Səfir ADR-də çoxpartiyalı prinsip əsasında parlamentin təşkili, Avropa ölkələrindən əvvəl qadınlara seçki hüququnun verilməsi, təhsil, mədəniyyət və ordu quruculuğu sahəsində görülmüş işlər barəsində ətraflı məlumat verərək, SSRİ-in dağılmasından sonra məhz şərqin ilk demokratik respublikası olan ADR-in dövlətçilik ənənələri əsasında Azərbaycanın müstəqilliyini yenidən əldə etdiyini qeyd edib. ADR-in süqutuna şərait yaradan problemlərin yeni Azərbaycan Respublikasının da qarşısına çıxdığını qeyd edən səfir Ş.Abdullayev tərəfindən Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və işğalın nəticələri barəsində geniş məlumat verilərək, müstəqilliyinin belə bir çətin dövründə Azərbaycan xalqının siyasi hakimiyyətə qayıtmaq üçün təkidlə Heydər Əliyevə müraciət etdiyini diqqətə çatdırıb.
Məqalədə Azərbaycanın iqtisadiyyatında özünü göstərən ümumdaxili məhsulun artma tempi, xarici valyuta ehtiyatının həcmi, yoxsulluğun azaldılması, yeni iş yerlərinin açılması kimi müsbət inkişaf meylləri rəqəmlərlə oxucuların nəzərinə çatdırılıb. Müəllif müstəqilliyinin ilk illərində xarici donor və humanitar yardımlara ehtiyacı olan Azərbaycanın bu gün beynəlxalq humanitar və sülhməramlı əməliyyatlara töhfə verən dövlət olduğu bildirib.

487