Respublika Günü-dünyanın hər yerində-XRONİKA
Azərbaycanın xarici ölkələrdəki səfirlikləri, diaspor təşkilatları Respublika Gününü özünəməxsus şəkildə qeyd ediblər. O tədbirlərin bir çoxu ilə bağlı lent.az-ın poçtuna da məlumatlar göndərilib. Biz həmin məlumatları bir-birindən seçmədən təqdim edirik.
Türkiyə
Azərbaycanın Türkiyədəki səfirliyinin Respublika Günü ilə bağlı təşkil etdiyi rəsmi qəbuldan başqa, Milliyyətçi Hərəkat Partiyasının İqdırdakı seçim qərargahında ölkəmizin müstəqillik günü qeyd edilib. Tədbirdə MHP-nin deputatlığa namizədləri Sinan Oğan, Gündüz Günəş və dairə başqanı Cahid Erol da iştirak ediblər.
Mərasimdə Azərbaycan Demokratik Cümhuriyyətinin tarixi barədə danışılıb. Sinan Oğan bildirib: “Bizlər İqdırda yaşayan Azərbaycan Türkləriyik, ona görə də bu bayramın bizim üçün anlamı, önəmi çox daha artıqdır”.
Türkiyənin Manisa şəhərindəki Cəlal Bayar Universitetində Azərbaycanlı Tələbələr Dərnəyi, Manisa Azərbaycan Kültür və Dayanışma Dərnəyinin birgə təşkil etdiyi “28 May - Azərbaycan Cümhuriyyətinin 93-cü Quruluş İldönümü” adlı tədbir keçirilib.
Azərbaycanlı Tələbələr Dərnəyinin təmsilçisi Rəşad İsgəndərovun hazırladığı videogörüntü nümayiş olunub.
Cəlal Bayar Universiteti rektor yardımçısı, professor Süheyla Sürücüoğlu universitet rəhbərliyi, müəllim heyəti və tələbələri adından Azərbaycanın Respublika gününü təbrik edərək, Azərbaycana müstəqillik yolunda uğurlar arzulayıb.
Cəlal Bayar Universiteti Çağdaş Türk Ləhcələri Kafedrasının müdiri, dosent Eyvaz Morkoçun “Azərbaycan və Türkiyə ədəbi əlaqələri”, “Miras” İctimai Birliyin sədri, Milli Azərbaycan Tarixi Muzeyinin şöbə müdiri, tarix elmləri namizədi Fariz Xəlillinin “Azərbaycan-Türkiyə münasibətləri tarixi” mövzusunda məruzələri dinlənilib.
Tədbirdə İzmir şəhərində moda tasarımı ilə məşğul olan Minarə Quliyevanın hazırladığı milli geyim sərgisi də nümayiş etdirilib.
Şimali Kipr
Azərbaycanın Respublika Günü münasibətilə Şimali Kiprin Yaxın Doğu Universitetindəki Atatürk Mədəniyyət Mərkəzində Azərbaycan gecəsi təşkil olunub.
APA-nın xəbərionə görə, gecədə Türkiyənin Kıprısdakı səfiri Halil İbrahim Akça, Azərbaycan millət vəkilləri Qənirə Paşayeva və Musa Qasımlı, Yaxın Doğu Üniversitetinin qurucusu Suat Günsel, KKTC Azərbaycan Mədəniyyət Mərkəzinin başqanı Fəxrəddin Sadiqoölu, Azərbaycan Gənclik Təşəbbüsləri İctimai Birliyinin sədri Zaur Novruzov, KKTC-də təhsil alan azərbaycanlı tələbələr, yerli vətəndaşlar qatılıblar.
Tədbirdə çıxış edən Azərbaycan millət vəkilləri ölkənin müstəqillik tarixindən, Türk dünyası ilə münasibətlərdən, Dağlıq Qarabağ problemindən danışıblar. ini genişləndirdiyini, xüsusilə qardaş Azərbaycan ilə KKTC arasında qarşılıqlı əlaqələrin daha da artırılaraq genişləndirilməsi bütün gərəkli addımların atıldığını dilə gətirdilər.
Millət vəkili Qənirə Paşayeva Dağlıq Qarabağ problemi ilə bağlı geniş məlumat verib, bu problemin bütün Türk dünyasının problemi olduğunu, həlli istiqamətində bütün türklərin birgə mübarizə aparmasının vacibliyini vurğulayıb.
Millət vəkili Musa Qasımlı isə çıxışında Azərbaycan Xalq
Cümhuriyyətinin qurulması, Azərbaycanın 20 il əvvəl yenidən öz müstəqilliyini qazanmasından sonra keçdiyi yol, əldə etdiyi uğurlar barədə ətraflı məlumatlar verib.
Gecədə müğənnilər Tünzalə Ağayeva və Azərin konsert proqramı ilə çıxış ediblər.
Misir
Azərbaycanın Misirdəki səfiri Respublika Günü münasibətilə bu ölkənin “Nil Əxbar” peyk televiziya kanalında efirə gedən “Azərbaycan müstəqilliyinin 20 illiyini qeyd edir” adlı televiziya verilişində 30 dəqiqə çıxış edib. Səfir Ş. Abdullayev çıxışında 1991-ci ildə Azərbaycanın 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Demokratik Respublikasının varisi kimi, müstəqilliyini bərpa etdiyini qeyd edib, Ermənistanın Azərbaycana qarşı təcavüzündən danışıb. Səfir Azərbaycanda mərkəzi hakimiyyətin gücləndiyi, çox ehtiyac duyulan xarici əlaqələrin genişləndiyi, demokratikləşmə prosesinin başlandığı, Azərbaycanın yeni Neft strategiyasının əsasının qoyulduğu və “Əsrin müqaviləsi”nin imzalandığı kimi məqamları diqqətə çatdırıb. Səfir Azərbaycanın ərəb-İslam dünyası ilə tarixi əlaqələrindən danışıb, bu əlaqələrin daha da inkişafı üçün böyük perspektivlərin olduğunu deyib.
Meksika
Azərbaycanın Meksikadakı səfirliyində Respublika Günü münasibəti ilə qəbul keçirilib. Tədbiri giriş sözü ilə açan səfir İlqar Muxtarov Şərqdə ilk demokratik dövlət quruluşunu bəyan etmiş Azərbaycan Demokratik Respublikasının 93-cü ildönümünün qeyd olunduğunu bildirib, ölkəmizin müasir dövrümüzədək keçdiyi tarixi yoldan bəhs edib.
Azərbaycan səfiri Ermənistanın Azərbaycana qarşı təcavüzü və etnik təmizləmə siyasəti nəticəsində ölkəmizin üzləşdiyi münaqişə, bir milyondan artıq qaçqın və məcburi köçkünlərin problemindən, münaqişənin tarixi və nəticələrindən danışıb.
Qəbulda qonaqlara Azərbaycanın milli mətbəxin nümunələri təqdim edilib, ölkəmizin tarixi, mədəniyyət, turizm imkanlarını təbliğ edən videoçarxlar nümayiş etdirilib, xalq və klassik mahnılar səsləndirilib.
Tədbirdə Meksika Xarici İşlər Nazirliyinin rəsmiləri, Konqres üzvləri, Meksikada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və əməkdaşları, Meksikada yaşayan azərbaycanlılar, habelə türk və yəhudi icmalarının nümayəndələri, bu ölkədə fəaliyyət göstərən bir sıra qeyri-hökumət təşkilatları nümayəndələri və iş adamları iştirak ediblər.
Ukrayna
Respublika Günü münasibətilə Kiyev vilayətinin İrpen şəhərində “Zərifə Əliyeva adına Dostluq Parkı”nın abadlıq və yenidənqurma işlərindən sonra açılışı olub. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli, Ukrayna Ali Radasında Ukrayna-Azərbaycan dostluq qrupunun rəhbəri Eduard Zeynalov, İrpen şəhəri merinin müavini Nikolay Qolovkeviç, Özbəkistan, Türkmənistan, Türkiyə, Tacikistan səfirləri, diaspor üzvləri, tələbələr və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Sonra İrpen şəhərindəki Z.Əliyeva küçəsində yerləşən 12 saylı orta ümumtəhsil məktəbində yaradılmış Zərifə Əliyeva otaq-muzeyinin açılışı olub.
Daha sonra Ukraynadakı səfirliyimiz tərəfindən Azərbaycan Xalq Respublikasının yaranmasının 93 illiyi və Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 20 illiyi münasibətilə təntənəli tədbir keçirilib.
Tədbirdə ARDNŞ prezidenti Rövnəq Abdullayev, MM-in komitə sədri Səməd Seyidov, Türkiyə parlamentinin deputatları, Ukraynanın tanınmış ziyalıları, dövlət və hökumət rəsmiləri, jurnalistlər, xarici ölkələrin səfirləri, diplomatlar və bu ölkədə yaşayan diasporun fəal üzvləri, gənclər təşkilatının nümayəndələri iştirak ediblər.
Səfir Eynulla Məcidli Azərbaycan Respublikasının keçdiyi yoldan danışıb.
Tədbirə Ukrayna hökuməti adından rəsmi qonaq qismində qatılan Ukraynanın xarici işlər nazirinin müavini Viktor Mayko Respublika Günü münasibətilə Ukrayna hökuməti və xalqı adından Azərbaycan xalqını təbrik edib.
Sonra çıxış edən ARDNŞ Pprezidenti Rövnəq Abdullayev ARDNŞ-nin Ukraynadakı fəaliyyəti barədə, Azərbaycanın neft strategiyası haqqında ətraflı məlumat verib, iki ölkə arasındakı əlaqələrin daha da inkişaf etməsi üçün neft şirkətinin fəal iştirak edəcəyini bildirib.
Mərasimdə Ukraynanın xalq artisti Qurban Abbasovun ifasında Azərbaycan və Ukrayna mahnıları oxunub.
İştirakçılara səfirliyimizin Ukrayna və ingilis dillərində nəşr etdirdiyi professor Yaqub Mahmudlunun “Azərbaycan: tarixi öçerklər” kitabı, Dağlıq Qarabağ münaqişəsi, Xocalı faciəsi, Azərbaycanın turizm imkanlarından bəhs edən kitablar, jurnallar, bukletlər və nəşrlər təqdim edilib.
Respublika Günündə Ukraynanın “Birinci” kanalında Azərbaycanın istehsalı olan “Hökmdarın Taleyi” filmi, “Tonis” kanalında isə Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətlinin müsahibəsi yayımlanıb.
Kanada
Respublika Günü münasibətilə Kanadanın Toronto şəhərində Azərbaycanın dövlət bayrağının qaldırılması mərasimi keçirilib. Tədbir Toronto Universitetinin Azərbaycanlı Tələbələr
Assosiasiyasının təşəbbüsü ilə keçirilib.
Mərasimi açan assosiasiyanın fəalı İsgəndər Qədirzadə Azərbaycan Demokratik Respublikasının tarixi barədə bəhs edib. Daha sonra tədbirdə iştirak edən Ontario əyalətinin millət vəkili Monte Kvinter (Monte Kwinter) 28 mayın Azərbaycan və region üçün əhəmiyyətini vurğulayıb.
Azərbaycanın Kanadadakı səfiri Fərid Şəfiyev Azərbaycan icmasının Kanadadakı səmərəli fəaliyyətinə toxunub.
Nitqlərdən sonra dövlət himninin ifasında bayraq qaldırma mərasimi keçirilib.
Tədbirdə Torontoda yaşayan Azərbaycan və türk icmasının fəalları da iştirak ediblər.
Kanadanın Kalqari və Vankuver şəhərlərində də Respublika Günü münasibətilə dövlət bayrağının qaldırılması mərasimi keçirilib.

921