Norveçdə Respublika Günü qeyd ediləcək
Mayın 28-də Norveçin paytaxtı Oslo şəhərində Norveç Azərbaycanlıları Gənclər Təşkilatının (NAYO) təşkilatçılığı ilə 28 may – Respublika Gününə həsr olunmuş bayram tədbiri keçiriləcək. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.a-a verilən məlumata görə, Norveç Azərbaycanlıları Gənclər Təşkilatının sədri Ramil Əliyev festival zamanı iştirakçılara Azərbaycan Demokratik Respublikasının yaranması tarixi, fəaliyyəti, Müsəlman Şərqinin ilk demokratik respublikası olması barədə məlumat veriləcəyini bildirib.
Festival çərçivəsində Norveç Konservatoriyasının tələbəsi Əhməd Mirzəyev YUNESKO-nun qeyri-maddi mədəni irsi siyahısına salınan aşıq musiqisinin gözəl nümunələrini ifa edəcək. Festival zamanı azərbaycanlı və norveçli gənclərin hazırladığı “Azərbaycan gənclərin gözü ilə” adlı foto-sərgi də nümayiş etdiriləcək. Festivalın beynəlxalq mədəniyyətlər bölümündə isə Azərbaycanla bağlı nəşr əsərləri, milli mətbəximiz və milli geyimlərimiz nümayiş olunacaq.
Ramil Əliyev qeyd edib ki, “Saqene Beynəlxalq Festivalı” Oslo meriyasının Saqene şəhər bölməsinin, SAIFF və başqa bir sıra önəmli təşkilatların birgə təşkilatçılığı ilə keçirilir: “Norveç Azərbaycanlıları Gənclər Təşkilatı (NAYO) və Azərbaycan Norveç Assosiasiyası (ANA) olaraq bizdə bu təşkilatın İdarə Heyətinin üzvüyük. Sevindirici haldır ki, Norveçin azərbaycanlılar cəmiyyəti olaraq, 28 May - Respublika Günümüzü Oslo meriyasının Saqene şəhər bölməsi səviyyəsində təşkil etmək imkanı əldə etdik”.
Norveç Azərbaycanlıları Gənclər Təşkilatı Festivalın bir hissəsinin Azərbaycanın Respublika Gününə həsr olunmasını bu bayramın Osloda da qeyd olunması kimi qiymətləndirir.

434