Azərbaycan Ukrayna ilə raket istehsalına dair müzakirə aparır
Bu barədə Lent.az Ukrayna KİV-lərinə istinadən məlumat verir. Ötən həftə bu ölkədə səfərdə olan Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin ekspertləri Ukraynanın bir neçə şirkətində, o cümlədən dövlət strukturlarında görüşlər keçirərək müzakirələr aparıb. Müzakirələrin əsas hissəsi isə “Luç” Konstruktor Bürosu Açıq Səhmdar Cəmiyyətində (ASC) olub. Görüşdə bu şirkətin istehsal etdiyi “Skif” və “Baryer” tipli TƏİR-lərin birgə istehsalına dair müzakirələr aparılıb. Hər iki raketin müştərək istehsal və satış imkanları öyrənilib.
Ukrayna KİV-ləri bu ölkənin hərbi qurumlarının hər iki raketin Azərbaycanla birgə istehsalına maraqlı olduğunu da qeyd edib. Tərəflər həmçinin, yaxın vaxtlarda bir sıra – tankların və radiolokasiya sistemlərinin modernləşdirilməsi, helikopter istehsalı kimi böyük layihələri birgə keçirməyi düşünür.
Məlumat üçün bildirək ki, Azərbaycanın Ukraynadan aldığı eyni adlı raketlər 2010-cu il 26 iyun ərəfəsində keçirilən genişmiqyaslı təlimlərdə sərgilənib.
“Skif” TƏİR-lər istənilən texnika üzərindən, həmçinin helikopterlərdən zirehli tanklara, möhkəmləndirilmiş atəş nöqtələri (DOT) və obyektlərinə qarşı istifadə olunur. TƏİR-in bazası olan R2 raketi zireh dəlmə imkanlarına malikdir və 850 mm-ə qədər zirehləri deşə bilir. “Luç” şirkəti bu yaxınlarda raketin qəlpələnən-fuqas döyüş hissəsini istehsal edib. Yaxın illərdə isə termobarik döyüş başlığını hazırlamağı planlaşdırır. Lazer başlıqlı bu raketlərlə 100 metrdən 5 min metrədək məsafədəki hədəflərə atəş açmaq mümkündür. Yerüstündə qurulan kompleks monitor və termal kameralarla təchiz olunub ki? bu da istənilən hava şəraitində hədəfi müəyyənləşdirib atəş açmaq imkanları verir.
“Baryer” raketi isə R2 raketinin uzadılmış versiyası olmaqla yanaşı, helikopterlərdən atış üçün nəzərdə tutulub. Maksimal atış məsafəsi 7500 m təşkil edir. Əsasən Mi-24 tipli helikopterlərin üzərində qurulan TƏİR 130-millimetr çaplı raketlərdən atəş açır.
Ramiz

1110