Kəmaləddin Heydərov İtaliyada rəsmi səfərdə olub
Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nümayəndə heyəti İtaliyada rəsmi səfərdə olub. Lent.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, mayın 25-26-da baş tutan rəsmi səfər zamanı İtaliya Nazirlər Şurası Sədrliyinin Mülki Müdafiə Departamentinin sədri Franko Gabriyelenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Azərbaycan FHN-in nümayəndə heyəti arasında geniş tərkibli görüş olub.
Görüşdə ölkələrimiz arasında əlaqələrin perspektivlərindən danışılıb, hər iki ölkənin müvafiq dövlət qurumları arasında əlaqələrin qurulması və inkişaf etdirilməsi, gələcək əməkdaşlıq perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.
Görüşdə “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və İtaliya Respublikasının Nazirlər Şurası Sədrliyinin Mülki Müdafiə Departamenti arasında mülki müdafiə sahəsində əməkdaşlıq, fövqəladə hallar zamanı yardım və qarşılıqlı fəaliyyət haqqında Anlaşma Memorandumu” imzalanıb.
Səfər zamanı nazirliyin nümayəndə heyəti İtaliya Nazirlər Şurası Sədrliyinin Mülki Müdafiə Departamentinin, həmçinin, digər müvafiq qurumların fəaliyyəti ilə də tanış olub.
Səfər çərçivəsində fövqəladə hallar zamanı istifadə olunan avadanlıqların istehsalı ilə məşğul olan bir qrup şirkətlərin nümayəndələri ilə görüş keçirilib.

505