İsveçdə Respublika Gününə həsr olunmuş sərgi keçirilib
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, “Xəzər” Malmö Cəmiyyətinin təşkil etdiyi sərgidə Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, eləcə də kulinariyasına aid kitablar və digər sənət əsərləri nümayiş etdirilib.
“Xəzər” Malmö Cəmiyyətinin sədri Leyla Kiani sərgiyə gələnlərə Azərbaycan Demokratik Respublikasının yaranması, onun fəaliyyəti barədə məlumat verib. Müsəlman dünyasında demokratik ənənələrin əsasının ilk dəfə olaraq məhz Azərbaycanda qoyulduğunu qeyd edən Leyla Kiani daha sonra müasir Azərbaycanın əldə etdiyi nailiyyətlər barədə danışıb.
Tədbir zamanı Azərbaycanın “Eurovision 2011” mahnı yarışmasında qələbə qazandığı da qeyd olunub və Azərbaycana bu müsabiqədə qələbə qazandıran Eldar və Nigarın klipi göstərilib. Tədbirdə Malmö şəhərinin Husie bələdiyyəsinin nümayəndələri Snejana Mitroviç və Anders Nilsson çıxış edərək Azərbaycanı Respublika Günü münasibətilə təbrik edib, “Eurovision 2011”-dəki qələbənin Azərbaycan üçün böyük uğur olduğunu vurğulayıblar.
Qeyd edək ki, musiqisi İsveç bəstəkarları Stefan Urn və Sandra Burman tərəfindən yazılan mahnının “Eurovision 2011” müsabiqəsində Azərbaycana qələbə gətirməsi isveçlilərə də böyük qürur hissi yaşadıb.

Oxşar yazılar

Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırıldı
2 iyul 2025 , 17:32
İran Hörmüz boğazını minalamağa hazırlaşırmış: detallar AÇIQLANDI
2 iyul 2025 , 15:04
Milli Məclisdən xaricdə yaşayan həmvətənlərimizə ÇAĞIRIŞ
2 iyul 2025 , 11:35
Ukrayna prezidenti İlham Əliyevə zəng edib
1 iyul 2025 , 19:09
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
1 iyul 2025 , 17:27
Bakıdan Rusiya prezidentinin xüsusi nümayəndəsinə CAVAB
1 iyul 2025 , 17:07
Rusiya Azərbaycana nota verdi
1 iyul 2025 , 16:07