İctimai Palatanın sessiyasında əcaib olay!
İctimai Palatanın bu gün keçirilən sessiyasında çıxış üçün söz alan Nüşabə Mustafayeva adlı bir qadın özünü “peyğəmbər” elan edib.
Lent.az-ın verdiyi məlumata görə, onun çıxışına müdaxilə edən Müsavat başqanı İsa Qəmbər deyib ki, iclasda inanclı insanlar iştirak edir. İsa Qəmbər iclasda küfr edilməməsini tələb edib. Daha sonra Nüşabə Mustafayevanın sözünü kəsib, yerində əyləşdiriblər.
Pənah Hüseyn isə deyib ki, o qadın İctimai Palatanın üzvü deyil: “O, İctimai Palataya üzvlük üçün müraciət edib, ancaq özünü “peyğəmbər” elan etdiyi üçün müraciəti qəbul olunmayıb”.
Anar Gəraylı

486