Andre Erdöş: “Ermənistan təklənir, siyasi təcrid və iqtisadi tənəzzülə uğrayır” - FOTO
Azərbaycanın Macarıstandakı səfirliyində Dağlıq Qarabağ mövzusunda Dəyirmi Masa keçirilib.
Səfirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, tədbirin əsas qonağı Budapeştdəki Korvinus Universitetinin professoru, tanınmış macar diplomatı, siyasi şərhçi Andre Erdöş olub.
Qeyd edək ki, müxtəlif vaxtlarda Macarıstan xarici işlər nazirinin müavini, Macarıstanın Fransadakı səfiri kimi mühüm diplomatik mövqelər tutan professor Andre Erdöş 1990-1994-cü illərdə ölkəsinin BMT yanında daimi nümayəndəsi vəzifəsində çalışıb. Həmin dövrdə Macarıstan həm də BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olduğundan macar diplomatı Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı 4 qətnamənin qəbulunda yaxından iştirak edib. O, eyni zamanda ATƏT-in 1994-cü ildə Budapeştdə keçirilən sammitinin hazırlanmasının fəal iştirakçılarından biri olub, 1995-ci ildə isə ATƏT rəsmiləri ilə birlikdə Azərbaycanın işğal altındakı ərazilərinə səfər edib. Keçmiş Yuqoslaviyada və Ruandada münaqişələrin nizama salınması prosesinin fəal iştirakçılarından biri kimi tanınan Andre Erdöş yalnız Macarıstan deyil, Avropa miqyasında Dağlıq Qarabağ münaqişəsinin yaranma tarixinə, mahiyyətinə, onun həlli istiqamətində göstərilən səylərə ən yaxşı bələd olan diplomatlardan biridir.
Dəyirmi Masanı giriş sözü ilə açan Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qısa məlumat verib. O, regionda sülhə, sabitliyə və iqtisadi tərəqqiyə nail olmaq üçün atəşkəs müqaviləsinin imzalandığı 1994-cü ildən etibarən Azərbaycan rəhbərliyinin münaqişəni dinc yolla nizama salmaq istiqamətində göstərdiyi səylərdən danışıb. Daha sonra geniş məruzə ilə çıxış edən professor Andre Erdöş Dağlıq Qarabağla bağlı qətnamələrin qəbul edildiyi şərait, Təhlükəsizlik Şurasında bu məsələ ətrafındakı müzakirələr barədə məlumat verib. Macar diplomatı təəssüf hissi ilə bildirib ki, BMT, ATƏT və ATƏT Minsk Qrupu çərçivəsində göstərilən bütün səylərə baxmayaraq, münaqişə indiyə qədər öz həllini tapmayıb, Ermənistan işğalçı dövlət kimi tanınmayıb. Nəticədə Azərbaycan torpaqlarının 20 faizi bu gün də işğal altındadır. Bu torpaqlarda aparılan etnik təmizləmə siyasəti ilə bir milyona yaxın Azərbaycan vətəndaşının öz vətənində qaçqına və köçkünə çevrilməsi ilə nəticələnib
Andre Erdöş Azərbaycanın haqlı mövqeyinin getdikcə dünyada özünə daha çox tərəfdar tapdığını, Ermənistanın isə daha artıq dərəcədə təkləndiyini, siyasi təcridə və iqtisadi tənəzzülə uğradığını diqqətə çatdırıb. O, Azərbaycanın son illərdə ordu quruculuğu sahəsində irəliləyişlərə nail olduğunu, iqtisadi potensialını əhəmiyyətli dərəcədə artırdığını vurğulayıb. Lakin bununla belə, münaqişənin hərbi yolla aradan qaldırılmasının yeni fəlakətlərə yol açacağını da dilə gətirib.
Daha Andre Erdöş və Vilayət Quliyev dəyirmi masa iştirakçılarının suallarını cavablandırıblar. Tədbirdə Macarıstanda akkreditə olunan diplomatik korpusun üzvləri, media nümayəndələri, Macarıstan Parlamentinin üzvləri, ayrı-ayrı ictimai-siyasi təşkilatların təmsilçiləri və Budapeştdə təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.

440