Milli Məclisin yaz sessiyasının vaxtı uzadıldı
27 may 2011 15:56 (UTC +04:00)

Milli Məclisin yaz sessiyasının vaxtı uzadıldı

Lent.az-ın məlumatına görə, bu barədə parlamentin bu gün keçirilən iclasında spiker Oqtay Əsədov bildirib.

O, qeyd edib ki, daxili nizamnaməyə əsasən, ayın sonu yaz sessiyası başa çatmalıdır. “Amma baxılması vacib olan bir sıra məsələlər qalır. Ona görə də 78 deputat yaz sessiyasının vaxtının uzadılması barədə müraciət edib” - deyə, O.Əsədov vurğulayıb.

Spiker yaz sessiyasının vaxtının uzadıldığını, parlamentin iyun ayı ərzində də işləyəcəyini bəyan edib.

Mübariz Aslanov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 467

Oxşar yazılar