“Bəyanatda yazılanlar Ermənistanın cinayətkar prezidentinə aiddir”
APA-nın xəbərinə görə, bu fikirləri baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov ABŞ, Fransa və Rusiya prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Fransanın Dovil şəhərində verdikləri birgə bəyanatına münasibət bildirərkən belə deyib.
O, Azərbaycan prezidentinin neçə illərdir ki, səbir nümayiş etdirdiyini vurğulayıb: “Azərbaycan prezidentinin Ali Baş Komandan kimi hüququ var ki, müharibəni bu gün başlasın və torpaqlarını azad etsin. Heç kimin də buna müdaxilə etməyə ixtiyarı yoxdur. Müharibə bizim beynəlxalq hüququmuzdur, ancaq bunu etmirik. Ermənistan isə bizim yerimizə olsaydı, bunu çoxdan edərdi. Prezidentlərin bəyanatında yazılanlar Ermənistan prezidentinə aiddir. Bizim xalq nə vaxt müharibə edən, qan tökən olub? Həmin bəyanatda göstərilənlər Ermənistana, onun cinayətkar prezidentinə, erməni xalqının separatçı hissəsinə aiddir”.

423