Nyu-Yorkun iki rayonunda 28 May rəsmən Azərbaycanın Respublika Günü elan olunub
27 may 2011 11:06 (UTC +04:00)

Nyu-Yorkun iki rayonunda 28 May rəsmən Azərbaycanın Respublika Günü elan olunub

Bu barədə APA-nın Vaşinqton müxbirinə həmin rayonların rəsmi dairələrindən məlumat verilib. Hər iki bölgənin rəhbərləri Azərbaycan Respublika Gününün qeyd olunması barədə sənəd imzalayıblar.

Bruklində imzalanan sənəddə deyilir ki, bu bölgədə çoxlu sayda azərbaycanlı yaşayır və onlar Azərbaycan tarixinin, ənənələrinin qorunub saxlanmasına böyük töhfə verirlər. Azərbaycan icmasının üzvləri istər fərdi, istərsə də təşkilat şəklində ictimaiyyəti Azərbaycanın irsi və mədəniyyəti barədə məlumatlandırır, Azərbaycanın maraqlarını qorumaq üçün var qüvvələrini sərf edirlər.

“Bütün Bruklinlilərin adından Amerika Azərbaycan Cəmiyyətinin üzvlərini salamlayır, onların icmalarımızın möhkəmlənməsi üçün göstərdiyi səyləri alqışlayıram. Azərbaycanlı dostlarımızı Azərbaycan Demokratik Respublikasının 93-cü ildönümü münasibətilə təbrik edir və Nyu Yorkun yaşamaq və işləmək üçün gözəl bir yerə çevrilməsində göstərdikləri səyə görə onlara təşəkkür edirəm”. Bu fikirlər Bruklin rayonunun rəhbəri Marti Markovitsin (Marty Markowitz) məktubunda öz əksini tapıb.

“Azərbaycan xalqı 1918-ci ildə öz azadlıq xəyallarını 23 ay ərzində gerçəkləşdirdi. On illərlə davam edən totalitar idarəçilik dövründə də ölkədə və xaricdə yaşayan azərbaycanlılar öz demokratik ideyalarından əl çəkmədilər. Kuinsdə və bütün Nyu York şəhərində yaşayan azərbaycanlıları salamlayır və onların müstəqillik bayrağı qaldırmalarını alqışlayıram”. Bu fikirlər isə Nyu-Yorkun Kuins rayonunun rəhbəri Helen M. Marşalın (Helen M. Marshall) Azərbaycan diasporuna göndərdiyi məktubda bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1006

Oxşar yazılar