Türkiyədə Respublika Günümüz qeyd olunub
Səfirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, tədbirdə Türkiyə baş nazirinin müavini Cəmil Çiçək, daxili işlər naziri Osman Güneş, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı İşıq Koşaner, yüksək rütbəli zabitlər, Türkiyə Xarici İşlər Nazirliyinin yüksək vəzifəli rəsmiləri, tanınmış ictimai-siyasi xadimlər, millət vəkilləri, elm və incəsənət xadimləri, sənətçilər, Ankarada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və təmsilçiləri, diaspor nümayəndələri və KİV nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov 28 May Respublika Gününün əhəmiyyətindən, 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının (ADR) qurucularının dövlətçilik tariximizdəki mühüm xidmətlərindən, 1991-ci ildə müstəqilliyimizi yenidən qazandıqdan sonra Heydər Əliyevin xidmətlərindən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasətindən və ölkəmizin mədəni, sosial həyatında Heydər Əliyev Fondunun mühüm fəaliyyətlərindən danışıb.
Azərbaycan musiqiçilərinin ifası ilə tədbir iştirakçılarına musiqi nümunələrimiz təqdim olunub və ziyafət verilib. 2011-ci ilin Azərbaycanda Turizm İli olması münasibətilə ölkəmizin turizm potensialı ilə bağlı, eləcədə ölkəmizin tarixi, mədəniyyəti, mətbəxi ilə əlaqədar əyani materiallar səfirlik əməkdaşları tərəfindən tədbir iştirakçılarına paylanılıb.

450