ABŞ konqresmenləri Azərbaycanı təbrik etdilər
Azərbaycan Demokratik Respublikasının yaranmasının 93-cü ildönümü münasibətilə ABŞ Konqresinin üzvləri Bill Şuster və Virciniya Foks ABŞ Nümayəndələr Palatasında təbrik bəyanatları ilə çıxış ediblər.
Azərbaycanın ABŞ-dakı səfirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, konqresmen Bill Şuster ABŞ şirkətlərinə Xəzərin enerji resurslarını hasil etmək imkanının ilk dəfə Azərbaycan tərəfindən yaradıldığını və Azərbaycanın indi qlobal enerji təhlükəsizliyində əsas oyunçuya çevrildiyini qeyd edib.
O deyib ki, Cənubi Qafqaz bölgəsinin inkişafına təkan verən ən uğurlu layihə olaraq Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Neft Boru Kəməri Xəzər dənizinin karbohidrogen resurslarını ABŞ-a və Avropadakı tərəfdaşlarımıza çatdıran əsas arteriya rolunu oynamaqdadır: “Azərbaycan 2009-cu ildə İsrailin idxal etdiyi xam neftin 1/4-ni təmin edib və ABŞ-ın dəstəklədiyi “Nabukko” qaz kəməri üçün hazırda əsas potensial təchizatçı hesab olunur”.
Virciniya Foks bildirib ki, Rusiya ilə İran, Avropa ilə Asiya arasındakı strateji bölgədə yerləşən Azərbaycan sabit və dünyəvi dövlət olaraq dünyanın bu hissəsində müsəlman, yəhudi və xristianların dinc şəraitdə birgə yaşadıqları azsaylı yerlərdən biridir: “Azərbaycan son 20 ildə böyük inkişaf yolu keçib və strateji cəhətdən önəmli bir bölgədə ABŞ-ın əsas müttəfiqinə çevrilib”. Onun sözlərinə görə, ABŞ-Azərbaycan tərəfdaşlığı ümumi dəyərlərə və vahid məqsədlərə əsaslanaraq, regional təhlükəsizliyin əsas komponentini özündə ehtiva edir: “Müdafiə naziri Robert Qeytsin Azərbaycana son səfəri zamanı da qeyd etdiyi kimi, Azərbaycan ABŞ və NATO-nun Əfqanıstandakı əməliyyatlarına çoxşaxəli dəstək göstərir. Azərbaycan Əfqanıstana quru və dəniz vasitəsilə göndərilən yüklərin təxminən 25%-nin tranzitini təmin edərək, Şimali Bölgü Şəbəkəsinin əsas hissəsini təşkil edir”.
Qeyd edək ki, konqresmen Bill Şuster ABŞ Konqresindəki “Azərbaycan üzrə İşçi Qrup”un həmsədri, konqresmen Virciniya Foks isə həmin qrupun üzvüdür.

532