Prezident İlham Əliyev Zivər bəy Əhmədbəyov parkının açılışında iştirak edib
Lent.az-ın “AzərTAc” agentliyinə istinadən verdiyi məlumata görə, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı dövlət başçısına məlumat verib. Azərbaycan prezidentinin Sərəncamı ilə Zivər bəy Əhmədbəyovun adını daşıyan park salınmış və burada onun abidəsi ucaldılıb.
Dövlət başçısı parkda yaradılan şəraitlə yaxından tanış olub. Bildirilib ki, parkın yerləşdiyi ərazi uzun müddət idi ki, baxımsız vəziyyətdə idi. Burada antisanitariya şəraitində fəaliyyət göstərən yeməkxanalar və köşklər yığışdırılıb, Bakının ilk azərbaycanlı baş memarı olan Zivər bəy Əhmədbəyovun adını daşıyan park yaradılıb. Parkın ərazisində çoxlu sayda müxtəlif ağac və gül kolları əkilib, yaşıllıq zolaqları salınıb. Parkda müasir tələblərə cavab verən işıqlandırma sistemi qurulub.
Parkın girəcəyində altı kafkanlı və Zivər bəy Əhmədbəyovun abidəsinin arxasında avtomatlaşdırılmış qurğu ilə idarə olunan müasir üslubda fəvvarələr kompleksi quraşdırılıb. Burada paytaxt sakinlərinin istirahəti üçün hər cür şərait yaradılıb. Parkın sağ və sol hissəsindəki küçələrə və qarşısından keçən Cəfər Cabbarlı küçəsinə təzə asfalt döşənib, qranit daşlardan yeni səkilər düzəldilib.
Parkla üzbəüz bina Zivər bəy Əhmədbəyovun layihəsi əsasında inşa edilib. Bildirilib ki, parkın ətrafında olan binaların tarixi memarlıq üslubu saxlanılmaqla fasadları təmir ediləcək.
Görülən işlərlə tanış olan prezident İlham Əliyev müvafiq tapşırıqlar verib.

530