Azərbaycan prezidenti Britaniya-Azərbaycan parlament qrupunun sədrini qəbul edib
26 may 2011 19:19 (UTC +04:00)

Azərbaycan prezidenti Britaniya-Azərbaycan parlament qrupunun sədrini qəbul edib

Lent.az-ın “AzərTAc” agentliyinə istinadən verdiyi məlumata görə, Britaniya-Azərbaycan parlament qrupunun sədri Mark Field bildirib ki, başçılıq etdiyi qrupun fəaliyyətinin əsas istiqamətlərindən biri Azərbaycan haqqında məlumatların Böyük Britaniya parlamentinin üzvlərinə çatdırmaqdan ibarətdir.

Azərbaycanın təkcə neft-qaz sahəsində deyil, eləcə də qeyri-neft sektorunda böyük potensiala malik olduğunu deyən Mark Field ölkələrimiz arasında kənd təsərrüfatı, turizm, idman, mədəniyyət və digər sahələrdə qarşılıqlı təcrübə mübadiləsi aparılacağına ümidvar olduğunu deyib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan britaniyalı qonaq bu münaqişə ilə bağlı son 20 ildə Azərbaycan xalqının və hökumətinin böyük səbir nümayiş etdirdiyini və Azərbaycanın bu məsələ ilə bağlı keçirdiyi narahatlığın onlar tərəfindən başa düşüldüyünü bildirib, səfər müddətində problemlə yaxından tanış olacaqlarını deyib.

Prezident İlham Əliyev Britaniya-Azərbaycan parlament qrupunun Azərbaycanda əldə edilən nailiyyətlər və qarşıda duran vəzifələrlə bağlı məlumatların Böyük Britaniyaya çatdırmasını yüksək qiymətləndirib. Dövlət başçısı ölkələrimiz arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini və bir çox sahələri əhatə etdiyini vurğuladı, enerji sahəsində əlaqələrimizin uzun tarixə malik olduğunu deyib. Əlaqələrimizin turizm, idman, mədəniyyət, qeyri-neft sektoruna investisiyaların qoyulması və digər sahələrdə genişləndirilməsinin önəmini qeyd edən dövlət başçısı qarşılıqlı faydalı əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün imkanları araşdırmağın vacibliyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 353

Oxşar yazılar