Əli Əhmədov: “Gürcüstandakı hadisələrin buraya sıçraması mümkün deyil”
26 may 2011 18:38 (UTC +04:00)

Əli Əhmədov: “Gürcüstandakı hadisələrin buraya sıçraması mümkün deyil”

Orda insanlar necə düşünür, necə yaşayır bunun Azərbaycana aidiyyatı yoxdur. Azərbaycan cəmiyyəti mitinq havası ilə yaşamır. Bu baxımdan Gürcüstandakı hadisələrin buraya sıçraması mümkün deyil”.

Lent.az-ın xəbərinə görə, bunu YAP sədrinin müavini Əli Əhmədov jurnalistlərə açıqlamasında bildirib. O deyib ki, həyat dəfələrlə sübut edib ki, Azərbaycan cəmiyyəti mitinq əhval-ruhiyyəsində yaşamır: “Cəmiyyətin dəyərlər sistemində sıralama aparsaq, mitinqlər bəlkə də 90-cı yerdədir. Reallıq bundan ibarətdir ki, insanların gündəlik yaşam tərzlərində, düşüncələrində, mitinq məsələsi mövcud deyil. Radikal müxalifət nə qədər mitinq çağırışı etsə də, nə qədər birlik yaratsa da, insanlar mitinqə çıxmayacaq. Siyasət təkcə mitinqdən ibarət deyil”.

Ə,Əhmədov qeyd edib ki, radikal müxalifət hesab edir ki, siyasətçi olaraq mövcudluqları mitinq təşkil etməkdən keçir: “Əgər onlar bu günə qədər siyasətin nədən ibarət olduğunu dərk edə bilməyiblərsə, mən buna təəccüblənirəm”.

Anar GƏRAYLI
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 472

Oxşar yazılar