YAP-ın icraçı katibi: “Müxalifətin birləşmələri artıq lətifəyə çevrilib”
Lent.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında YAP-ın icraçı katibi Əli Əhmədov bildirib.
O, hazırda fəaliyyət göstərən birlik İctimai Palatanın heç nə edə bilmədiyini, növbəti birliklərin də nəyəsə nail olmayacağını vurğulayıb: “İP-də də xeyli partiya var. Bir neçə kiçik partiyanın birləşməsindən əmələ gələn birliyin elə özü də kiçik olacaq. Səkkizi də birləşsə, olacaq 8 kiçik partiyanın yaratdığı kiçik birlik. Bu cür birliklərin böyüklük parametrlərinə sahib olduğunu düşünmək mümkün deyil”.
Ə.Əhmədov bəyan edib ki, müxalifətin radikal qanadında təmsil olunan siyasi partiyalar cəmiyyətdəki dayaqlarını büsbütün itiriblər: “Bunun ən bariz sübutu onların aprel ayında keçirdikləri mitinqin tamamilə iflasa uğramasıdır. Bu cür ictimai dəstəyə sahib partiyaların hansı formatda birləşməsindən asılı olmayaraq, ortaya çıxaracaqları real güc, aprel aksiyalarından artıq olmayacaq. Azərbaycan cəmiyyəti o müxalifəti dəstəkləmir”.
İcraçı katibin sözlərinə görə, hər hansı bir ölkədə bir narahatçılıq olanda Azərbaycan radikal müxalifəti onun təsirini Azərbaycana da gətirmək istəyir. Amma həyat göstərir ki, bunu bacarmır: “Bilirsiniz ki, dünyanın G-8 deyilən böyük bir birliyi var. Yəqin müxalifət də 8 partiyadan ibarət birlik yaratmaqla həmin G-8-i təkrarlamaq istəyir. “Ördəyin qaz yerişi” heç vaxt alınmayıb, alınmayacaq da”.
Anar GƏRAYLI

414