ABŞ, Fransa və Rusiya prezidentləri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanat veriblər
26 may 2011 17:51 (UTC +04:00)

ABŞ, Fransa və Rusiya prezidentləri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanat veriblər

APA-nın məlumatına görə, prezidentlər bəyanatda Azərbaycan və Ermənistan liderlərini “əhalini müharibəyə deyil, sülhə hazırlamağa, iyunda keçiriləcək sammitin gedişində əsas nizamlanma prinsipləri üzərində işi başa çatdırmağa” çağırıblar.

“Razılaşma əldə olunduqdan sonra, biz bu prinsipləri rəsmi qəbul etdiyinizi bəyan etməyə, sülh sazişinin hazırlanmasına yardım göstərməyə, beynəlxalq tərəfdaşlarımızla birlikdə onun həyata keçirilməsinə dəstək verməyə hazırıq”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 468

Oxşar yazılar