Əli Əhmədovun adından sui-istifadə olunması faktı aşkarlanıb
Məlumatda bildirilib ki, icra katibi bu binanı Vergilər Nazirliyinin Audit Departamentinə icarəyə verilib. Yeni Azərbaycan Partiyasının mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev isə lent.az saytına həmin binanın Əli Əhmədova heç bir aidiyyətinin olmadığını, yazıda göstərilənlərin həqiqətdən uzaq olduğunu bildirmişdi.
APA-nın bu məsələ ilə bağlı apardığı araşdırma zamanı çox maraqlı faktlar ortaya çıxıb. Məlum olub ki, həmin bina ilə bağlı doğrudan da YAP icra katibinin adı hallandırılıb.
Binanın sahibləri Zeynalov Nüsrət Məmməd oğlu və soyadını dəqiqləşdirə bilmədiyimiz Tofiq adlı şəxslərdir. Əslində bina doğrudan da Vergilər Nazirliyinin strukturuna icarəyə verilib. Vergilər Departamenti ilə icarə müqaviləsini də Nüsrət Zeynalov imzalayıb. Amma bu binanın və sahiblərinin Əli Əhmədovla heç bir əlaqələri yoxdur.
Məlumatlı mənbənin APA-ya bildirdiyinə görə, bina ilə bağlı məlumatlar gündəliyə gələndən sonra aparılan araşdırma zamanı bəlli olub ki, bu şəxslər həqiqətən də Əli Əhmədovun adından sui-istifadə ediblər: “Çünki bina tikinti və şəhərsalma qaydalarını kobud şəkildə pozmaqla inşa edilib. Bu bina əslində “Ramstore” mağazasının yanında avtomobil yolunun və yol qovşağının demək olar ki, ortasında inşa edilib. Bu səbəbdən Babək prospektindən Heydər Əliyev prospektinə çıxış zamanı daim böyük tıxaclar yaranır. Dəfələrlə binanın sökülməsi məsələsi qaldırılsa da, mülkün sahibləri olan Nüsrət və Tofiq Əli Əhmədovun adından istifadə edərək, söküntünün qarşısını almağa nail olublar”.
Mənbənin bildirdiyinə görə, araşdırma zamanı mövzunun “Yeni Müsavat” qəzetində işıqlandırılmasının səbəbi də orta çıxıb: “Mülkün sahiblərindən birinin qəzet rəhbərliyi ilə yaxın münasibətləri var. Avtomobil nəqliyyatının intensiv hərəkət etdiyi yolun ortasında tikilmiş binanın sökülməsi məsələsi yenidən müzakirə olunur. Əslində məqsəd YAP İcra Katibliyini gözdən salmaqla yanaşı həm də sökülməli olan binanın guya Əli Əhmədova məxsus olmasını ilə bağlı fikir yaratmaq və bunu ictimailəşdirməklə prosesi qabaqlamaq, öz yaxın adamlarına kömək göstərmək olub”.
YAP mətbuat xidmətindən məsələyə münasibət bildirmək istəməyiblər.

Oxşar yazılar

İrandan Putinə ikiüzlülük İTTİHAMI
30 iyun 2025 , 19:59
Mossad İranın yüksək vəzifəli məmurlarını ələ saldı – Sizi izləyirik
30 iyun 2025 , 18:55
Ərdoğan Azərbaycana gələcək
30 iyun 2025 , 16:38
Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edilib
30 iyun 2025 , 14:10
Putinizm və Rus şovinizminin yeni üzü: İmperiyanın qara kölgəsi – Mahir Xəttab yazır
29 iyun 2025 , 19:51
“Qəhvəyi vəba” yenidən canlandı... indi Rusiyada: şovinizm dövlət normasına çevriləndə – BAXIŞ NÖQTƏSİ
29 iyun 2025 , 17:05
Özünüzü qoruyun: MOSSAD-dan iranlılara MESAJ
29 iyun 2025 , 14:28