Azərbaycan BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyünə namizədliyinin dəstəklənməsi istiqamətində iş aparır
İndoneziyanın Bali adasında Qoşulmama Hərəkatı 16-cı Nazirlər Konfransında və Hərəkatın 50 illik yubileyinə həsr olunmuş görüşdə iştirak edən xarici işlər naziri Elmar Məmmədyarov mayın 25-də bir sıra ikitərəfli görüşlər keçirib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Elmar Məmmədyarov İndoneziya, Misir, Əfqanıstan, İran və Sloveniyanın xarici işlər nazirləri, Türkiyə, Qazaxıstan, Belarus xarici işlər nazirlərinin müavinləri, Kambocanın dövlət katibi və Burkina-Fasonun BMT yanındakı daimi nümayəndəsi ilə ikitərəfli görüşlər keçirib.
Bu görüşlərdə 2012-2013-cü illərdə Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyünə namizədliyinin dəstəklənməsini və maraq doğuran digər ikitərəfli məsələləri müzakirə olunub.
Elmar Məmmədyarov plenar iclasdakı çıxışında İsrail – Fələstin münaqişəsinə toxunub. O, Azərbaycanın Şərqi Qüdsün paytaxt olması şərti ilə, 1967-ci il sərhədləri daxilində qurulacaq və BMT-yə üzv qəbul olunacaq müstəqil Fələstin dövlətinin yaradılması istiqamətində dəstəyini davam etdirəcəyini bildirib.

543