Türkmənistan və Azərbaycan Aşqabadda Xəzərin statusunu müzakirə ediblər
APA-nın “Turkmenistan.ru” saytına istinadən yaydığı məlumata görə, Azərbaycanı məsləhətləşmələrdə xarici işlər nazirinin müavini Xələf Xələfovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Görüşdə Xəzərin beynəlxalq hüquqi statusunun mərhələli şəkildə müəyyənləşməsi prosesinin gedişi, dənizin biomüxtəlifliyinin və ekologiyasının qorunması ilə bağlı müzakirələr aparılıb. Türkmənistan XİN-in yaydığı məlumatda bildirilir ki, tərəflər Türkmənistan və Azərbaycanın bütün məsələləri diplomatik və hüquqi vasitə və metodlarla həll etməyə hazır olduqlarını bəyan ediblər. Bundan başqa hər iki ölkənin dövlətlərarası dialoqun gələcəkdə daha da inkişaf etdirilməsində maraqlı olduğu xüsusi vurğulanıb.
364