San-Fransisko merinin adından Əli Abbasova fəxri fərman verilib
26 may 2011 14:16 (UTC +04:00)

San-Fransisko merinin adından Əli Abbasova fəxri fərman verilib

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Azərbaycan nümayəndə heyəti ilə ABŞ-a səfəri çərçivəsində San-Fransisko Beynəlxalq Ticarət Şurasında iştirak edib.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirovun Lent.az-a verdiyi məlumata görə, tədbirdə San-Fransisko şəhərinin (Kaliforniya ştatı) rəhbərliyi, biznes dairələri və Kaliforniyada akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, eləcə də Azərbaycan iş adamlarından ibarət nümayəndə heyətinin üzvləri iştirak ediblər.


Toplantı San-Fransisko Beynəlxalq Ticarət Şurası və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə birgə Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunun dəstəyi ilə təşkil olunub. Əli Abbasov öz çıxışında Azərbaycanın müstəqillik əldə etdiyi son 20 il ərzində cəmiyyətin ümumi tərəqqisi istiqamətində həyata keçirdiyi siyasət, əldə olunmuş nailiyyətlər, qeyri-neft sektorunun, xüsusən də informasiya-kommunikasiya texnologiyalarının inkişafı haqqında danışıb. Bununla yanaşı, nazir toplantı iştirakçılarını Azərbaycanda “elektron hökumət”in yaradılması proqramı çərçivəsində görülən işlər və Prezident İlham Əliyevin bu prosesin sürətləndirilməsi istiqamətində son qərarları haqqında məlumatlandırıb.


Yerli hakimiyyət nümayəndələri Əli Abbasova San-Fransisko şəhərinin meri Edvin Linin adından fəxri fərman təqdim edib və azərbaycanlı qonaqlara salamlarını çatdırıblar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 506

Oxşar yazılar