“Rövnəq Abdullayevin açıqlaması Azərbaycanın yekun qərarı deyil”
26 may 2011 13:38 (UTC +04:00)

“Rövnəq Abdullayevin açıqlaması Azərbaycanın yekun qərarı deyil”

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayevin “Azərbaycan “Nabucco”ya qoşulmaya da bilər” açıqlamasına münasibət bildirib.

APA-ECONOMICS”in xəbərinə görə, R.Kobia bu açıqlamanın Azərbaycanın yekun qərarı olmadığını diqqətə çatdırıb.


“Biz elə mərhələdəyik ki, bütün kartlar açıqdır. Ola bilsin ki, Azərbaycana qərar qəbul etmək üçün vaxt lazımdır. Biz bunu başa düşürük” - deyə səfir qeyd edib.


R.Kobia əlavə edib ki, Azərbaycanda “Şahdəniz”lə yanaşı, başqa yataqlar da olacaq və bu qazı ixrac etmək lazım gələcək: “Ona görə də belə bir layihə Azərbaycanın Avropa bazarına daha çox qaz ixrac edə bilməsi üçün əlverişlidir. Biz yenə də düşünürük ki, Azərbaycanla enerji sahəsində düzgün əməkdaşlığımız var və inanırıq ki, bu əməkdaşlıq davam edəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 481

Oxşar yazılar