Tarix Muzeyində Respublika Günü qeyd olunub
Lent.az-ın məlumatına görə, tədbir muzeyin Elmi maarif və sərgilərin təşkili şöbəsinin təşkilatçılığı ilə baş tutub. Tədbirdə çıxış edən muzeyin direktoru, akademik Nailə Vəlixanlı Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından danışıb. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olduğunu və bunun millətimizin tarixi yaddaşında Azərbaycan dövlətçiliyinin ilk təcrübəsi kimi iz qoyduğunu bildirib.
N.Vəlixanlının açılış nitqindən sonra Azərbaycan Respublikasının himni səsləndirilib. Muzey ekspozisiyasında olan materiallar slayd şəkildə monitorda göstərilib.
Tədbirdə Dövlət Pedaqoji Universitetin professoru Vaqif Əliyev, muzeyin elmi işçisi Aqil Əhmədov və başqaları 28 May - Respublika Günü ilə bağlı söhbət açıblar.
Daha sonra Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin solisti Mehman Hacıbəyli, musiqiçi Səlim Abbasov çıxış ediblər.
Xəyalə

463