“Dağlıq Qarabağa yardımı dayandırın”
26 may 2011 11:40 (UTC +04:00)

“Dağlıq Qarabağa yardımı dayandırın”

ABŞ-dakı Azərbaycan və türk diasporları Amerikalı qanunvericiləri 2012-ci maliyyə ilində Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə yardımı dayandırmağa və Ermənistana yardımı azaltmağa çağırır.

APA-nın Vaşinqton bürosunun verdiyi məlumata görə, onlar qeyd edirlər ki, milyardlar almağına baxmayaraq Ermənistanda demokratiya və insan haqlarının vəziyyəti ildən-ilə pisləşir.

Növbəti həftələrdə Təxsisatlar Komitəsinin dövlət, xarici əməliyyatlar və müvafiq proqramlar üzrə alt komitəsi 2012-ci maliyyə ilində yardım haqqında qanun layihəsini müzakirə edəcək. Bunu nəzərə alaraq Azərbaycan və türk diasporları öz üzvlərini və dostlarını dərhal hərəkətə keçməyə çağırıb.

Mayın 20-də konqresmen Frənk Pallone 28 ermənipərəst konqresmenlə birlikdə alt komitənin sədrinə və Dövlət Departamentinə məktub göndərərək onları 2012-ci maliyyə ili üçün dövlət, xarici əməliyyatlar və müvafiq proqramlar üzrə qanun layihəsinə təsir göstərməyə çağırıb. Onlar alt komitəni konqresin Ermənistana yardım ayırması tələbini dəstəkləməyə çağırıb. Onlar Ermənistanın ABŞ-ın çox mühüm tərəfdaşı olduğunu və ikitərəfli əlaqələrin inkişafını əsas gətirirlər.

Bunun qarşısını almaq məqsədilə ABŞ-da yaşayan azərbaycanlılar və türklər kampaniya keçirməyi qərara alıblar. Bu kampaniya çərçivəsində Amerikada yaşayan hər bir azərbaycanlı və onları dəstəkləmək istəyən hər bir şəxs konqres üzvlərinə məktub yazır. Azərbaycanlılar və türklər həmçinin ABŞ-ın Azərbaycana yardımının həcmini artırmağı tələb edirlər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 454

Oxşar yazılar