Amerikalı konqresmen: “Ermənistanın İrana silah satmasını izləməkdə davam edəcəyəm”
26 may 2011 11:36 (UTC +04:00)

Amerikalı konqresmen: “Ermənistanın İrana silah satmasını izləməkdə davam edəcəyəm”

Bu barədə APA-nın Vaşinqton müxbiri xəbər verir.

Bu ilin əvvəlində Azərbaycan diasporu Ermənistanın İrana silah satması ilə bağlı ABŞ Konqresinə müraciət edib. Diaspor maraqlanır ki, ABŞ administrasiyası ABŞ vergi ödəyənlərinin vəsaitinin İrana silah satan və ABŞ əsgərlərinin ölümünə səbəb olan dövlətlərə, xüsusilə də Ermənistana xərclənmədiyindən necə əmin olur?

Diaspor dövlət katibindən də Ermənistanın İrana silah transferini diqqətdə saxlamağı xahiş edib. Bu silahlar sonunda İraqa ötürülür və ABŞ qoşunlarına qarşı istifadə edilir.

“Mən sizin narahatlığınızı bölüşürəm. Vəziyyəti yaxından izləməyə davan edəcəyəm”. Konqresmen Kortni mayın 25-də Azərbaycan diasporuna cavab məktubunda belə yazıb.

“Wikileaks-in açıqladığı diplomatik sənədlər də göstərir ki, ABŞ-la Ermənistan arasında İrana silah satışı ilə bağlı mübahisə davam edir. 2003-cü ildə Ermənistan Bolqarıstandan tank əleyhinə minalar və pulemyotlar alıb və yazılı şəkildə təminat verib ki, bu silahlar Ermənistanda qalacaq. Amma Wikileaks-in açıqladığı materiallardan aydın olur ki, İraqda qiyamçılardan müsadirə olunan silahlar arasında İran istehsali olan silahlarla birlikdə Bolqraıstanın Ermənistana satdığı surstatlar da tapılıb. 2008-ci ildə ABŞ qoşunları onlara qarşı istifadə olunan Bolgarıstan istehsalı tank əleyhinə minalar tapılıb”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 525

Oxşar yazılar