“İşğal altındakı torpaqlarda məskunlaşmaya görə Ermənistan məsuliyyət daşıyır”
“Azərbaycanın işğal altında olan ərazilərində qeyri-qanuni məskunlaşma prosesi apardığına görə məsuliyyət Ermənistanın rəsmi strukturlarının üzərinə düşür. Çünki torpaqlar işğaldan azad edildikdən sonra bu insanları taleyi qeyri-müəyyən olacaq”.
Bunu APA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elxan Poluxov erməni mətbuatında son 6 ayda 300 erməni ailəsinin Laçında məskunlaşdırılması barədə yayılan məlumata münasibət bildirərkən deyib.
O, ATƏT-in Minsk Qrupunun qiymətləndirmə missiyasının hələ ötən il Azərbaycanın işğal edilmiş ərazilərində qeyri-qanuni məskunlaşma siyasəti yürüdüldüyü faktını təsdiqlədiyini deyib: “Ermənistan təkcə bütün beynəlxalq hüquq normalarını pozaraq, Azərbaycan torpaqlarını işğal etmir, həm də burada qanunsuz şəkildə məskunlaşma siyasətini davam etdirir”.

598