AXCP-nin həbsdə olan şöbə müdiri partiyada tutduğu vəzifədən çıxarılıb
25 may 2011 19:23 (UTC +04:00)

AXCP-nin həbsdə olan şöbə müdiri partiyada tutduğu vəzifədən çıxarılıb

AXCP sədrinin müavini Fuad Qəhrəmanlının APA-ya verdiyi məlumata görə, bu barədə partiya Rəyasət Heyətinin bu gün keçirilən iclasında bildirilib. O qeyd edib ki, AXCP-də təşkilati işlərin artması ilə əlaqədar olaraq partiyada Təşkilat Komissiyası yaradılıb və təşkilat şöbəsinin işləri bu komissiyaya həvalə olunub.

Rəyasət Heyətinin toplantısında ölkədəki ictimai-siyasi vəziyyət, İctimai Palatanın növbəti sessiyasına hazırlıq məsələləri müzakirə olunub, həmçinin, 28 may günü Məhəmməd Əmin Rəsulzadənin abidəsi önündə keçiriləcək bayram tədbiri də müzakirə edilib.

Qeyd edək ki, Ş. Həsənli 2 aprel aksiyası zamanı saxlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 524

Oxşar yazılar