“Avropa İttifaqı Minsk Qrupunda iştirakını aktivləşdirməlidir”
25 may 2011 16:36 (UTC +04:00)

“Avropa İttifaqı Minsk Qrupunda iştirakını aktivləşdirməlidir”

Avropa İttifaqı Avropa Qonşuluq Siyasəti proqramında iştirak edən ölkələr üçün 1.2 milyard avro vəsait ayıracaq. APA-nın məlumatına görə, bu rəqəmi Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozo açıqlayıb. Bununla da son iki ildə Avropa Qonşuluq Siyasətinin reallaşması üçün ayrılan vəsait 7 milyard avroyadək artırılmış olacaq.


Bu gün, həmçinin Avropa Qonşuluq Siyasəti proqramının yenilənməsinə dair təkliflər açıqlanıb. Aİ xarici işlər və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Ketrin Eştonun irəli sürdüyü təkliflərə ölkələrə demokratiyanı daha da dərinləşdirməkdə, iqtisadi inkişafa nail olmaqda dəstək vermək, bu ölkələrlə viza rejiminin sadələşdirilməsi, həmçinin Avropa İttifaqının həlli uzadılmış münaqişələrin nizamlanmasında iştirakını genişləndirmək daxildir.


Sənəddə qeyd olunur ki, həlli uzadılmış münaqişələrin qalması bütün region üçün ciddi çağırışdır: “İsrail-Fələstin münaqişəsi, Cənubi Qafqaz və Moldovada münaqişələr islahatlar yolunda güclü əngəl olmaqdadır. Avropa İttifaqı hələ də təmsil olunmadığı formatlarda, məsələn Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk Qrupunda iştirakını aktivləşdirməlidir”.


Xatırladaq ki, Avropa Qonşuluq Siyasəti proqramına 16 ölkə, o cümlədən Azərbaycan daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 392

Oxşar yazılar