“O binanın Əli Əhmədova heç bir aidiyyatı yoxdur”
Bunu Lent.az-ın sualına cavabında Yeni Azərbaycan Partiyasının (YAP) mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev bildirib.
H. Paşayev bildirib ki, qəzetdəki yazı ilə bağlı partiyanın mətbuat xidməti “Yeni Müsavat” qəzetinin rəhbərliyinə mövqeyini bildirib, məqalənin heç bir araşdırılma aparılmadan, fakta əsaslanmadan qərəzli yazıldığı onların nəzərinə çatdırılıb: “Qəzetin redaksiyasından söhbət əsnasında da hər hansı fakt gətirə bilmədiklərindən, araşdırma aparmadıqlarını etiraf etdiklərindən düşünürdük ki, növbəti gün yazının qərəzli olması barədə oxucularına məlumat veriləcək. Lakin təəssüflə bildirməliyəm ki, belə olmadı. Bu onu təsdiq edir ki, həmin məqalə “Yeni Müsavat” qəzetinin öz mövqeyidir. Təəssüflənirəm ki, “Yeni Müsavat”ın siyasət anlayışı şər və böhtandan kənara çıxa bilmir”.
Qeyd edək ki, “Yeni Müsavat” qəzetinin 22 may 2011-ci il tarixli sayında “Əli Əhmədov mülkünü dövlətə icarəyə verib” başlıqlı yazı dərc olunub. Yazıda göstərilib ki, YAP icra katibi özünə məxsus mülki Vergilər Nazirliyinin strukturlarından birinə icarəyə verib.
Pərvin Abbasov

584