Finlandiyada 28 may – Respublika Günü qeyd ediləcək
Mayın 28-də Finlandiyanın paytaxtı Helsinkidə bu ölkədə yaşayan azərbaycanlıları birləşdirən Dostluq Cəmiyyəti 28 may – Respublika Gününə həsr olunmuş “Anam doğma Vətənim – Azərbaycan” adlı mədəni-kütləvi tədbir keçirməyi planlaşdırıb.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, tədbirdə Azərbaycan və Türk diasporlarının, Fin ictimaiyyətinin, bu ölkədə yaşayan digər milli azlıqların nümayəndələrinin da iştirakı nəzərdə tutulub.
Tədbir zamanı toplaşanlara müstəqil Azərbaycanın keçdiyi yol, respublikadakı iqtisadi inkişaf, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı və 1 milyondan artıq qaçqın və məcburi köçkünü olan xalqımızın faciələri barədə məlumat veriləcək.

1377