Səfir: “Müxalifətin aksiyalarını məkrli niyyət kimi səciyyələndirirəm”
Bunu APA-nın sualına cavabında Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze deib. Şaraşenidzenin sözlərinə görə, Gürcüstan müxalifətinin irəli sürdüyü tələblər əsassızdır, paytaxt Tbilisidə təşkil olunan aksiyalar isə sabitliyə xələl gətirə bilər. Gürcüstanın Azərbaycandakı səfir habelə bildirib ki, müxaliflərin ümummilli bayram dövründə belə bir davranışı əslində xalqa və gürcü dövlətinə qarşı yönəlib: “Təəssüf ki, bu cür aksiyalar insanlarda bayram əhval-ruhiyyəsini pozmağı hədəfləyir”.
386