““Exo Moskvı” rəhbərinin “jurnalist təəssübkeşliyi” təəssüf doğurur”
“Exo Moskvı” radiostansiyasının baş redaktoru Aleksey Venediktovun bu kütləvi informasiya vasitəsinin baş redaktor müavini Sergey Buntmanın Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağa səfərinə haqq qazandıran «jurnalist təəssübkeşliyi» ancaq təəssüf doğurur. Belə mövqe dünyaca məşhur və bəlli standartlara malik media qurumunun obyektivliyini və qərəzsizliyini şübhə altına alır.
Bunu APA-ya açıqlamasında Azərbaycan Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov deyib. Ə. Amaşov bildirib ki, A.Venediktov dəfələrlə Azərbaycanda olub, ölkəmizin üzləşdiyi işğal faktı barədə kifayət qədər məlumatlıdır. Dağlıq Qarabağın da Azərbaycan üçün həssas məqam olduğunu bilir: «Düşünmürəm ki, o, jurnalist kimi beynəlxalq hüququn norma və prinsiplərindən xəbərsizdir. Peşəkarlıq baxımdan ən azı BMT-nin 4 qətnaməsini yada salmalı və ümumən mövzunun həssaslığını götür-qoy etməli idi. Bunun baş verməməsini təsadüf saymaq mümkünsüzdür. Məsələdə qərəz və hiddət aşkar şəkildə görünür. Açığı, belə mövqenin nədən qaynaqlandığı da şübhəlidir. Venediktov deyir ki, Dağlıq Qarabağ münaqişəsi hərtərəfli və obyektiv işıqlandırılmalıdır. Halbuki indiyədək «Exo Moskva»nın buna yönələn istəyini görməmişik və nə üçünsə bu istək erməni əsilli - babası Qabarağ ermənisi olan Buntmanın əməyi hesabına gerçəkləşdirilir. Hər şeyi kənara qoyaq, o boyda qurumda Buntmandan başqa jurnalist yox idimi? Bəllidir ki, burada məsələyə jurnalist kimi yanaşmaq ikinci, bəlkə də üçüncü planda olub».
Ə.Amaşov A.Venediktovun açıqlamasında kifayət qədər ziddiyyətli məqamların, məntiqsizliyin və ambisiyaların da yer aldığını bildirib: «Onun zaman-zaman özünə münasibətdə formalaşdırdığı demokrat imicindən də əsər-əlamət yoxdur. Bu adamın kəlmələrindən açıq imperiya ambisiyaları duyulur. Görünür, jurnalistikadan kənar görünən marağı ona çox güclü təsir göstərib. Çünki fikirlərində təzad da var. Bir tərəfdən Azərbaycanla Rusiya arasında vizasız rejimin mövcud olduğunu və buna görə də ölkəmizə gəlməyin mümkünlüyünü bildirir, yəni bir növ, qanunçuluqdan, Azərbaycanın ərazi bütövlüyündən çıxış edir, digər yandan isə Qarabağın işğal altında olduğunu əsas gətirərək ölkəmizə gələn jurnalistlərin Xarici İşlər Nazirliyində akkreditasiyadan keçməli olduqlarına əhəmiyyət vermir. Vizasız rejimin MDB və Şengen nümunələrini öz maraqlarına uyğun eyniləşdirməsi, həmçinin Nyu-York meriyası ilə “Stepanakert meriyası” arasında fərq görməmək kimi fikirləri isə təkcə məntiqsizlikdən və bəsitlikdən irəli gəlmir. Bu, eyni zamanda Qarabağ münaqişəsinə həssas yanaşmamağın, Azərbaycan xalqının ədalətli mövqeyinə önəm verməmənin bariz göstəricisidir».
Qeyd edək ki, «Exo Moskvı» radiostansiyasının baş redaktor müavini Sergey Buntman işğal altında olan ərazilərimizə səfər edib, separatçıların lideri Bako Saakyan, “Stepanakert meri” Vazgen Mikaelyanla müsahibələr yayımlayıb. Radiostansiyasının baş redaktoru Aleksey Venediktov isə Azərbaycan Xarici İşlər Nazirliyinin S.Buntmanın adının Azərbaycana gəlməsi arzu edilməyən şəxslər siyahısına daxil etməsinə sərt reaksiya verib.

655