Ramiz Rzayev Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti ilə görüşüb
Məhkəmənin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, görüşdə Ali Məhkəmənin strukturu və fəaliyyəti barədə məlumat verən Ramiz Rzayev Azərbaycanın məhkəmə hüquq sahəsində dünyanın bir çox inkişaf etmiş ölkələri ilə ikitərəfli və beynəlxalq təşkilatlar vasitəsilə əməkdaşlıq etdiyini deyib. Ali Məhkəmənin sədri bildirib ki, Müstəqil Dövlətlər Birliyinə daxil olan respublikalar sırasında Azərbaycan əhalinin sayına görə ən az cinayət hadisəsi qeydə alınan ölkədir: “Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal olunması hərbi məhkəmələrin fəaliyyətini daha zəruri edir”. Beynəlxalq Prokurorlar Assosiasınin Prezidenti Ceyms Hamilton isə çıxışında qeyd edib ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu və Azərbaycan Respublikasının Hərbi Prokurorluğu 1998-ci ildən Assosiasiyanın üzvlüyünə təşkilati üzv kimi qəbul olunub.
559